Ermənistan parlamentində QIZĞIN MÜZAKİRƏ – Müxalifət zalı tərk etdi

Ermənistan parlamentində QIZĞIN MÜZAKİRƏ – Müxalifət zalı tərk etdi

Hazırda oxunan: Ermənistan parlamentində QIZĞIN MÜZAKİRƏ – Müxalifət zalı tərk etdi

62727

Çərşənbə günü parlamentdəki müxalifət fraksiyaları Ermənistan prezidentliyinə namizədliyin müzakirəsini boykot edib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, məsələnin müzakirəsi zamanı parlamentin spikeri Akop Arşakyan bildirib ki, 65 deputat Ermənistan prezidenti vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı namizəd kimi təqdim edib.

Bu açıqlamadan sonra “Mənim şərəfim var” və “Hayastan” fraksiyalarının üzvləri iclas zalını tərk ediblər.

Hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyasının rəhbəri Ayk Konjoryan Xaçaturyanı təqdim edərək bildirib ki, Xaçaturyanın prezident postunu layiqincə tuta biləcəyini onun keçdiyi yol sübut edir.

Bundan əvvəl parlament müxalifəti prezidentliyə namizədini irəli sürməmək qərarına gəlib.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkanı verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.
Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO