Şəhriyar Məmmədyarov qrupdakı əsas rəqibinə qarşı 

Şəhriyar Məmmədyarov qrupdakı əsas rəqibinə qarşı 

Hazırda oxunan: Şəhriyar Məmmədyarov qrupdakı əsas rəqibinə qarşı 

62680

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda keçirilən FIDE Qran-prisində ikinci görüşünü keçirəcək. 

Bizim.Media-nın məlumatına görə, 37 yaşlı qrossmeyster D qrupundakı əsas rəqibi fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Məmmədyarov ilk turda çinli Yu Yanqyi ilə, Laqrav isə rusiyalı Aleksandr Predke ilə heç-heçə edib. 

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. 

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək. 
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO