Ukraynadakı səfirliyimiz:

Ukraynadakı səfirliyimiz: "Bu nömrələrə zəng edin, qatar yola düşür..."

Hazırda oxunan: Ukraynadakı səfirliyimiz: "Bu nömrələrə zəng edin, qatar yola düşür..."

62647

Sabah saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Bizim.Media-ya verilən xəbərə görə, qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb. Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadakı soydaşlarımız, DİQQƏT! - Saat 12-də Kiyevdən qatar yola düşəcək


Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1.

Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:

+373 781 81 361
+373 789 91 849
+373 222 32 277

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO