Ukrayna Azərbaycanlıları Radası vətəndaşlarımızın Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə sözügedən qurumun baş katibi Ceyhun Kəsəmən deyib.
C. Kəsəmən bildirib ki, Ukraynada müharibə başlayandan etibarən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləyirlər:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovdan yola salınacaq
“Kiyevdə çox sayda azərbaycanlı, əsasən də tələbələr var. Biz Kiyevdən azərbaycanlıların təxliyəsi ilə bağlı bu gün avtobus ayrılması üçün danışıq aparsaq da, bu, mümkün olmadı. Avtobuslar hamısı Ukrayna Silahlı Qüvvələri üçün çalışır.
Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib. Biz bunun üçün müvafiq vəsait ödəməyə də hazırıq”. (APA)
Bizim.Media