Yaz gəlir, yorğunluğu özündən qabaq – Çıxış yolu üçün BU QAYDALARA əməl edin

Yaz gəlir, yorğunluğu özündən qabaq – Çıxış yolu üçün BU QAYDALARA əməl edin

Hazırda oxunan: Yaz gəlir, yorğunluğu özündən qabaq – Çıxış yolu üçün BU QAYDALARA əməl edin

62613

Yaz yorğunluğu sindromu çox yayılmış bir xəstəlikdir. Onun simptomları qəfil yorğunluqdur, hansı ki bu yorğunluq adətən günorta və axşama doğru hiss olunur. Eyni zamanda, iş qabiliyyəti, diqqət və yaddaş zəifləyir. Hiss olunan daimi zəiflik, qərarsızlıq və yuxusuzluq halları da bu sindromdan irəli gəlir.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, həkimlər çarəni doğru qidalanmada və fiziki aktivlikdə görürlər. Həmin tövsiyələri sizə təqdim edirik:

Su istehlakını artırın

Maddələr mübadiləsi qışdan çıxıb yaza keçərkən çətinlik çəkə bilər. Orqanizmin yorğun hala düşməməsi üçün maddələr mübadiləsini davamlı işlətmək lazımdır. Su yalnız maddələr mübadiləsini sürətləndirmir eyni zamanda toksinləri atmağa kömək olur və dərini gözəlləşdirir. 

Meyvə və tərəvəzdən daha çox istifadə edin

Bədəni stressə qarşı qoruyan, gün ərzində gümrah tutan bir qrup vitamin və minerallar var. Lakin meyvə və tərəvəzin xeyrini xüsusi vurğulamaq lazımdır. Vitaminlə zəngin olan meyvələrdən daha çox yesəniz həm maddələr mübadiləsi sürətlənər, həm də stress azalar.

E-B qrupu vitaminləri qəbul edin

Digər bir əhəmiyyətli antioksidan isə E vitaminidir. Bütün qidalarda olan bu vitamin süd məhsullarında daha çox olur. Eyni zamanda dənli bitkilərdə də var, Taxıllar, yumurta və qırmızı ətin daxil olduğu B qrupu isə vitaminlərlə zəngindir.b B qrupu gündəlik stressi azaltmaqda və yorğunluğu enerjiyə çevirməkdə köməkçi olacaq tək qrupdur. Sinir sisteminə ən təsirli qrup B qrupu vitaminləridir.  Ət məhsullarını bişirərkən az suda qaynadaraq yesəniz bütün B vitaminlərini tam olaraq qəbul etmiş olarsınız.

İdmanla məşğul olun

Təmiz havada səhər idmanı ilə məşğul olmaq yaz yorğunluğunda effektiv hesab olunur. Həddindən artıq fiziki fəaliyyət insana canlılıq verir və əhval-ruhiyyəni yaxşılaşdırır. Çünki emosional vəziyyətə müsbət təsir edən endorfinlərin istehsalına kömək edir.

Evinizdə yeniliklər edin 

Bəzən yaşadığımız yerdə dekorasiya dəyişikliyi mənfi enerjilərdən qurtulmağa imkan verir həmçinin yaz yorğunluğunda da. Mənzildə mebelləri yenidən yerləşdirin, pəncərələrə parlaq pərdələr və divara ekzotik bir şəkil asın, rəfə yeni tablolar qoyun. Yadda saxlayın ki, parlaq işıq və rənglər, o cümlədən paltarlar mənfi enerjiləri öldürür.

Ən əsası özünüzə dəyər verin və sevgi ilə əhatələnin. Çünki yaşadığımız həyatın təkrarı yoxdur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO