Zelenskinin Avropa Birliyinə müraciəti hadisələri hara aparacaq? - CAVAB

Zelenskinin Avropa Birliyinə müraciəti hadisələri hara aparacaq? - CAVAB

Hazırda oxunan: Zelenskinin Avropa Birliyinə müraciəti hadisələri hara aparacaq? - CAVAB

62587

Zelenskinin Avropa İttifaqına qoşulmaq ilə bağlı imzaladığı rəsmi müraciət müharibənin taleyini necə dəyişdirəcək? Ukrayna Avropa İttifaqına üzv olarsa, müttəfiq dövlətlər öz ordularını Rusiyaya yeridə bilərlərmi? 

Ukrayna prezidenti Vladimir Zelenski 28 fevral tarixində Avropa İttifaqına qoşulmaq ilə bağlı rəsmi müraciət imzalayıb.

Onun bu addımınıb müharibənin taleyini necə dəyişdirəcəyi sual olaraq qalır. Suallardan ən mühimi də Ukrayna Avropa ittifaqına üzv olarsa, müttəfiq dövlərlət Rusiyaya qarşı hansı addımları ata bilərlər?

Bizim.Media-nın suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, Avropa birliyi iqtisadi blokdur və ümumi bazardır:

“Avropa birliyi ölkələri iqtisadi tellərlə birləşdirir, amma hərbi-siyasi təşkilat deyil. Hərbi-siyasi təşkilat NATO-dur və onun nizamnaməsi var ki, üzv dövlətlərdən biri hərbi təcavüzə məruz qaldığı zaman, digər ittifaq dövlət ona kömək etməlidir. Ona görə, Ukraynanın Avropa birliyinə qoşulması Rusiya üçün təhlükə kəsb etmir, sadəcə Ukrayna bunu etməklə Avropa birliyindən iqtisadi və maliyyə kömək almaq istəyir. Bu isə düzgün addımdır”.

- Ukraynanın NATO-ya üzv olması yolunda Avropa birliyinə qoşulması bir mərhələdirmi?

“Heç kəs Ukraynanın Avropa birliyinə qoşulmasını sorğulamır, nəyə apardığını söyləmir. Zənnimcə, indi Avropa birliyinə daxil olmaq gələcəkdə NATO-ya daxil olmaq üçün tramplindir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO