Xocalı soyqırımına həsr olunan “Ağrı” tamaşası İtaliyada nümayiş olundu - FOTO 

Xocalı soyqırımına həsr olunan “Ağrı” tamaşası İtaliyada nümayiş olundu - FOTO 

Hazırda oxunan: Xocalı soyqırımına həsr olunan “Ağrı” tamaşası İtaliyada nümayiş olundu - FOTO 

62551

Xocalı soyqırımının 30-cu ildönümü çərçivəsində Roma şəhərinin “Piazza Spagna” Tədbirlər Konqres Mərkəzində “Ağrı” bədii-musiqili tamaşasının nümayişi olub. 

Bizim.Media xəbər verir ki, Arye və Əmir Qutun həmmüəllifi olduqları, 2018-ci ildə İtaliyada “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən nəşr edilmiş və həmin il İtaliya Senatının Kitabxanasında təqdim olunmuş eyni adlı romanın motivləri əsasında səhnələşdirilmiş “Ağrı” tamaşasının ssenari müəllifi italyan yazıçı Klaudia Di Domenikodur. 

İdeya müəllifi və bədii rəhbəri tanınmış italyan musiqiçisi, maestro Pierluici Rucciero və musiqilərin müəllifi bəstəkar, pianoçu Luciano Di Ciandomeniko olan bədii-musiqili tamaşada italyan aktyorlar Edoardo Oliva və Silvia Palma, musiqiçilər Dana Stanku (skripka), Alfonso Ciankaterina (klarnet), Pierluici Rucciero (violonçel), Luciano Di Ciandomenico (piano) iştirak edib, xoreoqrafiya elementləri Katerina Ambrosio tərəfindən ifa olunub. 

Tamaşanın çox təsirli süjet xətti iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda günahsız insanların qətliamının dəhşətlərini, acılarını hiss etmək imkanı yaradıb.  

Sonda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tamaşanın ssenarisi və rejissorluğuna görə Klaudiya Di Domenikoya, ideya müəllifi və bədii rəhbərliyə görə Pierluici Ruccieroya, bəstəkarlığa görə Luciano Di Giandomenikoya, eləcə də bütün musiqiçi və aktyor heyətinə təşəkkürünü bildirib.  
Çıxışında Xocalı soyqırımının ağır nəticələrini xatırladan səfir əlavə edib ki, bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsi və bu qətliamı soyqırımı kimi tanıması mühüm əhəmiyyət kəsb edir və bu, bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan Xocalı faciəsinə münasibətdə ədalətin bərqərar olması üçün önəmlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO