Tutanxamonun qızıl maskası Böyük Misir Muzeyinə köçürüldü

Tutanxamonun qızıl maskası Böyük Misir Muzeyinə köçürüldü

Hazırda oxunan: Tutanxamonun qızıl maskası Böyük Misir Muzeyinə köçürüldü

62550

Qədim Misirin ən məşhur fironlarından biri olan Tutanxamonun qızıl maskası və əşyaları restavrasiya mərkəzindən Böyük Misir Muzeyinə köçürülüb. Bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Bizim.Media xəbər verir ki, uzun illər Qahirənin Təhrir meydanındakı muzeydə nümayiş etdirilən bu qızıl maska və Tutanxamonun 5 minə yaxın əşyaları üçün yeni muzeydə 7 min metrlik yer ayrılıb.

Ötən il istifadəyə verilmiş Böyük Misir Muzeyinin ekspertləri hazırda salonun dizaynı ilə məşğuldurlar.

Tutanxamon Qədim Misirin 18-ci sülaləsinə mənsub olub. O, qısa müddət ərzində - eramızdan əvvəl 1334-1325-ci illərdə hökmranlıq etsə də, tarixdə II Ramzeslə birlikdə ən məşhur firon kimi qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO