Lukaşenko Minskin mövqeyini AÇIQLADI: “Ukraynadakı əməliyyatda iştirak etmək fikrində deyilik”

Lukaşenko Minskin mövqeyini AÇIQLADI: “Ukraynadakı əməliyyatda iştirak etmək fikrində deyilik”

Hazırda oxunan: Lukaşenko Minskin mövqeyini AÇIQLADI: “Ukraynadakı əməliyyatda iştirak etmək fikrində deyilik”

62542

“Minsk Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etməyi planlaşdırmır”. 

Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib. 
Onun sözlərinə görə, Belarus ordusu hərbi əməliyyatlarda iştirak etmir və bunu hər kəsə sübut edə bilər. 

"Üstəlik, Rusiya rəhbərliyi silahlı münaqişədə iştirakımızla bağlı məsələ qaldırmayıb. Biz Ukraynadakı əməliyyatda iştirak etmək fikrində deyilik. Belə bir ehtiyac yoxdur.

Radikalların və silahların ölkəyə daxil olmasının qarşısını almaq üçün biz öz qüvvələrimizlə Brestdən Mazıra qədər olan dövlət sərhədini müdafiə edirik” – deyə Lukaşenko qeyd edib. 
Bununla yanaşı o, Rusiya qüvvələrinin arxadan vurulmasının qarşısını almaq üçün Belarusda hava hücumundan müdafiə sistemlərinin hazır olduğunu bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO