Rusiya xarici maşınsız və Hollivudsuz qalacaq - TƏFƏRRÜAT

Rusiya xarici maşınsız və Hollivudsuz qalacaq - TƏFƏRRÜAT

Hazırda oxunan: Rusiya xarici maşınsız və Hollivudsuz qalacaq - TƏFƏRRÜAT

62541

Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata qarşı sanksiyalara ən böyük avtomobil istehsalçıları da qoşulub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC telekanalı yayıb.

Qeyd olunur ki, Cadillac və Chevrolet markalı avtomobillər istehsal edən Amerikanın General Motors korporasiyası Rusiyaya avtomobil tədarükünü dayandırır. 

İsveçin Volvo, Scania və Ericsson şirkətləri də Rusiyadakı fəaliyyətinə son qoyub.

Volkswagen də Rusiya ilə əməkdaşlığı dayandırmaq fikrindədir. Avtomobil istehsalçısının Rusiya nümayəndəliyi bu ərəfədə artıq Rusiyada olan avtomobillərin yerli dilerlərə daşınmasının dayandırıldığını təsdiqləyib.

Bloomberg xəbər verir ki, motosiklet istehsalçısı Harley-Davidson da Rusiyadakı fəaliyyətini dayandırıb.

Dünyanın ən böyük kinostudiyaları da xüsusi əməliyyata öz münasibətini bildiriblər.

Məlumata görə, əvvəlcə Disney Rusiyada filmlərin nümayişini dayandırdığını açıqlayıb.

“Disney”in ardınca "Betman" filminin yayımının dayandırılması ilə bağlı Warner Bros şirkəti də qərar verib. Bu, premyeradan bir gün əvvəl elan edilib. 

“Sony Pictures” də Rusiyada öz filmlərinin premyeralarını dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO