Ani Lorak niyə susur? - Ya Ukraynanı, ya da karyerasını seçməlidir

Ani Lorak niyə susur? - Ya Ukraynanı, ya da karyerasını seçməlidir

Hazırda oxunan: Ani Lorak niyə susur? - Ya Ukraynanı, ya da karyerasını seçməlidir

62516

Ötən gün ukraynalı jurnalist, teleaparıcı Katya Osadçaya Rusiyada işləyən ukraynalı qadınları susmamağa və öz mövqelərini bildirməyə çağırıb.

Bizim.Media “stars.segodnya.ua” saytına istinadən xəbər verir ki, teleaparıcı 7 ildir qızı ilə Rusiyada yaşayan Ani Loraka müraciət edib. 

Müğənni Osadçayaya cavab verməmək qərarına gəlib. Ötən gün radio aparıcısı Slava Demin də müğənniyə məktub yazıb. O, hekayələr (Stories) bölümündə mesaj yerləşdirib:

“Baxıram ki, sən mənim hekayələrimə baxırsan və öz vətənində baş verənləri görürsən. Bu dəfə sakit durmaq alınmayacaq, çünki susmaq müharibəni dəstəkləməyə bərabərdir. Bəli, bu müharibədir. Mən bunu sığınacaqda raketlərdən gizlənən şəxs kimi sizə deyirəm. Seçmək vaxtıdır. Vətən və ya pul, karyera”.

Radio aparıcısının qeyd etdiyi kimi, müğənni onun mesajına cavab verməyib.

Görünür, Ani Lorak öz mövqeyini bildirməyə çağıran tanınmış ukraynalıların müraciətini görmək istəmir. Sənətçinin fan hesabında yazıblar ki, Ani Lorak “İnstagram”ın hekayələr və paylaşım bölümlərində özünü tag etməyi qadağan edib.

Xatırladaq ki, sosial şəbəkələrdə ukraynalı ulduzlar Ukraynadakı müharibəni aktiv şəkildə nümayiş etdirir, rus ulduzlarından Rusiyanın işğalına göz yummamalarını və mitinqlərə çıxmalarını xahiş edirlər.
Bundan əvvəl Andrey Makareviç Rusiyanı Ukraynaya hücumu dayandırmağa çağırıb. Hollivud aktrisası Ancelina Coli də Ukrayna xalqı üçün dua edir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO