Həbsdə olan icra başçısı xəstəxanaya köçürüldü - Üçüncü ürək əməliyyatı... 

Həbsdə olan icra başçısı xəstəxanaya köçürüldü - Üçüncü ürək əməliyyatı... 

Hazırda oxunan: Həbsdə olan icra başçısı xəstəxanaya köçürüldü - Üçüncü ürək əməliyyatı... 

62509

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov növbəti dəfə ürək əməliyyatı olunub. 

Bizim.Media xəbər verir ki, ürəyində yaranmış problemdən əziyyət çəkən sabiq icra başçısı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.  

Qoca Səmədovun vəkili Elnur Vəliyev bildirib ki, müvəkkilinin təcili olaraq əməliyyat olunma zərurəti yarandığı üçün müalicə müəssisəsindən Bakı Sağlamlıq Mərkəzinə köçürülüb:

"O, üçüncü dəfə ürəyindən əməliyyat edilib. Həkimlərin rəyinə əsasən vəziyyəti qənaətbəxş deyil". 

Qeyd edək ki, sabiq icra başçısı bundan əvvəl iki dəfə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. 

Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO