“MasterCard”dan Rusiya ilə bağlı QƏRAR - Ödəniş şəbəkəsinə çıxışı blokladı

“MasterCard”dan Rusiya ilə bağlı QƏRAR - Ödəniş şəbəkəsinə çıxışı blokladı

Hazırda oxunan: “MasterCard”dan Rusiya ilə bağlı QƏRAR - Ödəniş şəbəkəsinə çıxışı blokladı

62497

Amerikanın “MasterCard” maliyyə korporasiyası Ukraynadakı vəziyyətlə əlaqədar tətbiq edilən anti-Rusiya sanksiyaları səbəbilə bir neçə maliyyə qurumunun ödəniş  sisteminə çıxışı bloklayıb.  

Bizim.Media xəbər verir ki, bu barədə “MasterCard”ın rəhbəri Maykl Mibax məlumat verib.  

“Sanksiyaların tətbiqi nəticəsində biz bir çox maliyyə qurumu üçün “MasterCard” ödəniş sisteminə çıxışı bağlamışıq. “MasterCard” öhdəliklərini tam yerinə yetirmək üçün” yaxın gələcəkdə tənzimləyicilərlə əməkdaşlığı davam etdirəcək” - deyə korporasiya rəhbəri bildirib.   

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski “Visa” və “MasterCard” şirkətlərinə müraciət edərək kartlarından Rusiyada istifadəyə qadağa qoymağa çağırmışdı.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO