Şəhriyar irəlilədi, Teymur isə... – FİDE reytinqi 

Şəhriyar irəlilədi, Teymur isə... – FİDE reytinqi 

Hazırda oxunan: Şəhriyar irəlilədi, Teymur isə... – FİDE reytinqi 

62476

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. 

Bizim.Media FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. 

2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2776 xalla 7-ci pillədə qərarlaşıb. Teymur Rəcəbovun mövqeyində dəyişiklik olmayıb. 2 753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qalıb. 

Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub. 

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO