Rusiya-Ukrayna müharibəsinin TƏLATÜMÜ - Fermerlərimizi ciddi itkilər GÖZLƏYİR

Rusiya-Ukrayna müharibəsinin TƏLATÜMÜ - Fermerlərimizi ciddi itkilər GÖZLƏYİR

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsinin TƏLATÜMÜ - Fermerlərimizi ciddi itkilər GÖZLƏYİR

62419

Rusiya-Ukrayna arasında  başlayan silahlı münaqişə Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ən böyük bazarı Rusiyadır, bu mənada qonşu ölkədən asılılığımız  ciddi zərərlərlə nəticələnə bilər. İqtisadi itkilərimizlə yanaşı, həm də kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dəyişikliklərin olması da qaçılmazdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın kənd təsərrüfatı məhsullarının üçdə ikisinin Rusiyaya ixrac olunduğunu xatırladıb.

Ekspertin sözlərinə görə məhz bu asılılığın olmasını, eləcə də Rusiya bazarındakı təlatüm və rublun dəyərdən düşməsini nəzərə alsaq, dollar ifadəsində Azərbaycan məhsullarının qiymətində ciddi dəyişiklik baş verməsi labüddür:

“Çünki bizim sahibkarlar və fermerlər Rusiya bazarında satdıqları məhsulu sonradan valyutaya çevirərək ölkəyə gətirirdilər.

İndi qiymətlərin artım tempi rublun dəyərdən düşməsinin tempinə uyğun olmasa, yəni rubl daha çox dəyərdən düşsə, o zaman dollar ekvivaletində Azərbaycan məhsullarının qiyməti də düşəcək.

Bu da bizim fermerlərə və iş adamlarına o qədər də sərfəli bir proses deyil. Çünki istər-istəməz satdığı malın qiyməti dollar ifadəsində düşərkən, stimul azalacaq. Bununla da Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı yubana bilər”, -deyə iqtisadçı bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO