Bu yay içməli su ilə bağlı problemlər OLACAQ – “Azərsu”dan SOS

Bu yay içməli su ilə bağlı problemlər OLACAQ – “Azərsu”dan SOS

Hazırda oxunan: Bu yay içməli su ilə bağlı problemlər OLACAQ – “Azərsu”dan SOS

62404

“İçməli su ilə bağlı müəyyən lokal problemlər olacaq. Necə ki, son bir neçə ildə biz bunu müşahidə edirik”.

Bunu Bizim.Media-ya açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Kür çayının səviyyəsinin aşağı düşməsi və içməli su ehtiyatlarının  azalması məsələsinə münasibət bildirərkən deyib.

Qurum rəsmisinin sözlərinə görə Kürdə suyun azalması, çayın qol və kanallarından, eləcə də Arazın kanallarından qidalanan modul  tipli su təmizləyici qurğuların işinə də mənfi təsir göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərsu” və “Aztelekom”un fəaliyyəti nəzarətə götürüldü – Qurumlardan ÖZƏL AÇIQLAMA 


“Bəzi ərazilərdə kanalda su olmayanda biz də həmin modul tipli qurğunu işlədə bilmirik. Elə olanda alternativ yollarla, maşınlarla su daşıyıb əhaliyə veririk. Modul qurğuların təmiz su anbarına çənini boşaldıb, oradan şəbəkəyə vururuq. Bilirsiz ki, ölkə başçısının sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı təbliğat proqramına uyğun olaraq “Azərsu” ASC ötən il 18 ədəd əlavə su daşıyan maşın alıb. Həmin maşınlar bu cür lokal problemlərin həlli üçün nəzərdə tutulub. Gözləntilərimiz sırf bununla bağlıdır”. 

Yayda su qıtlığının baş verməsinə gəlincə, Anar Cəbrayıllı məsələnin artıq suyun dəyişməsindən və mənbələrdəki vəziyyətdən asılı olacağını deyib:

“Bakıdakı Taxtakörpü su anbarı bilirsiz ki, kifayət qədər etibarlı mənbədir. Oradan Ceyranbatana kifayət həcmdə su gəlir. Ceyranbatan əhalisini qidalandıracağıq. Amma yayda tələbatın pik vaxtlarında bəzi ərazilərdə tənzimləmələr aparılır.

İnsanların suya tələbatının pik vaxtında onların səhər-axşam su ilə təmin olunması üçün verilişi azaldırdıq və anbara daha çox su ehtiyatı toplayırdıq. Hələki tezdir. Çox güman ki, içməli su ehtiyatlarının azalması ilə bağlı vəziyyət aprel-may ayında məlum olacaq.

Ümumiyyətlə son 10 ildə təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə - İran, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistanda şirin su ehtiyatlarının azalması tendensiyası davam edir. İldən-ilə də azalmağa doğru gedir. Bu isə sudan qənaətlə istifadə məsələsini aktuallaşdırır”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO