Sumqayıtda poçta saxta dollar verən keçmiş məhkum saxlanıldı

Sumqayıtda poçta saxta dollar verən keçmiş məhkum saxlanıldı

Hazırda oxunan: Sumqayıtda poçta saxta dollar verən keçmiş məhkum saxlanıldı

62306

Sumqayıtda poçt şöbəsinə saxta əsginas verən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əsginas verərək manat alması, həmin dollar əsginaslarının isə saxta olması barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Mal bazarı”nda saxta pul satan şəxs saxlanıldı - FOTO


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev müəyyən edilərək saxlanılıb.

Onun saxta əsginasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilib.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO