\

\"Zirə \"Səbail\"in, \"Qarabağ\" \"Keşlə\"nin qonağı olacaq 

Hazırda oxunan: \"Zirə \"Səbail\"in, \"Qarabağ\" \"Keşlə\"nin qonağı olacaq 

62300

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha iki oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, ilk olaraq "Səbail" "Zirə"ni qəbul edəcək.

Elçin Məsiyevin idarə edəcəyi matçın start fiti saat 17:00-da səslənəcək.

Meydan sahibləri 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıbsa, qonaqlar 28 xalla 3-4-cü yerləri bölüşdürür. Çempionatdakı son üç görüşdə Rəşad Sadıqovun baş məşqçi olduğu komanda qalib gəlib. “Səbail” 8 matçdır rəqibini məğlub edə bilmir.

Tura "Keşlə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq. Saat 19:15-də başlayacaq matçı Əliyar Ağayev idarə edəcək.

Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 36 xalla liderdir. Paytaxt təmsilçisi 14 xalla 6-cı yerdədir. Bölgə klubu Premyer Liqadakı son 13 oyunda rəqibinə uduzmayıb. “Keşlə” isə son 5 matçda qol buraxıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Sabah"ı səfərdə 1:0, "Qəbələ" isə "Sumqayıt"ı 4:0 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO