Xaçmazda Xocalı qurbanları anıldı - FOTO

Xaçmazda Xocalı qurbanları anıldı - FOTO

Hazırda oxunan: Xaçmazda Xocalı qurbanları anıldı - FOTO

62082

Xaçmaz rayonunda Xocalı soyqırımının 30-cu ildönümü anılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun icra başçısı Elnur Rzayev və digər rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, sakinlər soyqrımla bağlı Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgilərinə baxıblar.

Daha sonra "Xocalını unutmayaq" adlanan tədbirə start verilib. 

Xocalıda həlak olanların və bütün Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı faciəsindən bəhs edən qısametrajlı filmin nümayişindən sonra rayonun mədəniyyət işçilərinin və məktəblilərin ifasında "Xocalını unutmayaq" ədəbi-bədii kompozisiyası göstərilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO