Xocalı soyqırımının 30-cu ildönümü Gəncədə də anıldı - FOTO

Xocalı soyqırımının 30-cu ildönümü Gəncədə də anıldı - FOTO

Hazırda oxunan: Xocalı soyqırımının 30-cu ildönümü Gəncədə də anıldı - FOTO

62081

Bu gün Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbir Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı Soyqırımı” abidəsinin önündə baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, şəhid ailələri və qazilər, ziyalılar, gənclər və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri faciə qurbanlarını bir dəqiqəlik sükutla yad edib, “Xocalı Soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirib. 

Tədbirin davamında Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Xocalı faciəsinin dəhşətlərini əks etdirən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO