Xocalı faciəsinin 30 illiyi ilə bağlı ümumxalq yürüşü keçirilib – VİDEOREPORTAJ

Xocalı faciəsinin 30 illiyi ilə bağlı ümumxalq yürüşü keçirilib – VİDEOREPORTAJ

Hazırda oxunan: Xocalı faciəsinin 30 illiyi ilə bağlı ümumxalq yürüşü keçirilib – VİDEOREPORTAJ

62077

Səhərin erkən saatlarından abidəyə doğru hərəkətə başlayan 10 minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Böyük Qələbənin tarixinı yazan iki qəhramanın anası da bu yürüşdə idi. Hər ikisi ruhları indi qələbəmizlə məsud olan şəhid balalarından danışdılar. 

Yürüşdə iştirak edən Türkiyənin Azərbaycandakı böyük elçisi Cahit Bağçı Xocalı qətliamının türk dünyası üçün ürək yarası olduğunu və bu vandallığın heç zaman unudulmayacağını qeyd elədi.

Yeni Azərbaycan Partiyasının Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da Xocalı faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu dedi.

Bildirdi ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz bütün şəhidlərimiz kimi Xocalı qurbanlarının da ruhu qarşısında övladlıq borcunu yerinə yetirib və bütün şəhidlərimizin qısası alınıb. 

Xocalı faciəsinin 30 illiyində “Ana Fəryadı” abidəsi qarşısında məğrur və hüzünlə baş əyənlər arasında Xocalı qətlimanının qisasçıları, 44 günülük Vətən Müharibsəi iştirakçıları, qaziləri də vardı. Onlar öz sözlərini savaş meydanın da desələr də bu gün də ürək sözlərini əsirgəmədilər. 

Xocalı faciəsinin 30 illiyini qeyd etdiyimiz günlərdə hər kəsin əmin olduğu bir həqiqət var. Azərbaycan xalqı Yer üzündə heç yerdə müharibə olmasını istəmir, hər kəsə sülh arzulayır.

Xocalı faciəsi kimi hadisələrin törəməməsi üçün isə birliyimiz daha vacibdir. Çünki sülh dili ilə sözümüzü anlamayanlara sonda Azərbaycan əsgəri cavab verəcək!

Yürüşdən hazırladığımız geniş reportajı diqqətinizə təqdim edirik:

Şahnaz Əziz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO