“Xəstəliklə mübarizə üçün vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq".
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, çarpayı fondu artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb, yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib, xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub.
S. Şərifovun sözlərinə görə, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, dövlətin iqtisadi inkişafı və s. kimi layihələr əsas götürülməklə hazırlanıb:
"Növbəti il kontrsiklik büdcə siyasəti davam etdiriləcək. Ancaq dövlət tərəfindən iqtisadiyyata əlavə pul təklifi iqtisadi fəallığı canlandırmaq, Qarabağın, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına sürətli transfertinin həyata keçirilməsi üçün davam edəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:08 / 24.12.2020
''Vaksinləməyə gələn ilin əvvəlindən başlanılacaq'' - NAZİR
Hazırda oxunan: ''Vaksinləməyə gələn ilin əvvəlindən başlanılacaq'' - NAZİR
Hazırda oxunan: ''Vaksinləməyə gələn ilin əvvəlindən başlanılacaq'' - NAZİR
6191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.