Ötən il 139 milyon manat ƏDV geri qaytarılıb

Ötən il 139 milyon manat ƏDV geri qaytarılıb

Hazırda oxunan: Ötən il 139 milyon manat ƏDV geri qaytarılıb

61841

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvəkkil banklar vasitəsilə 138,5 milyon manat əlavə dəyər vergisini (ƏDV) istehlakçılara geri qaytarıb. 2020-ci ildə bu rəqəm 33,4 milyon manat təşil edib.  

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli baş tutan “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.  

"Ötən il onlayn kassa aparatları ilə dövriyyənin məbləği əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb.

Bu artımda "ƏDV geri al" layihəsinin mühüm rolu var. Məqsəd-hədəf baxımından layihə ilə sıx koordinasiya olunmuş bu rəqəmsal həll pərakəndə ticarət və ictimai iaşə sektorunda iqtisadi münasibətləri əhəmiyyətli şəkildə şəffaflaşdırıb, - deyə o, qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO