Zelenskidən xalqa daha bir VİDEO MÜRACİƏT – “Rusiya gec-tez bizimlə danışacaq” - VİDEO

Zelenskidən xalqa daha bir VİDEO MÜRACİƏT – “Rusiya gec-tez bizimlə danışacaq” - VİDEO

Hazırda oxunan: Zelenskidən xalqa daha bir VİDEO MÜRACİƏT – “Rusiya gec-tez bizimlə danışacaq” - VİDEO

61816

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ardıcıl ikinci gündür Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirdiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

Prezidentin sözlərinə görə, təkcə hərbi obyektlər deyil, yaşayış binaları da Rusiyanın zərbələri altındadır.

“Rusiya qoşunları hücumlarını davam etdirir, ancaq onlar mülki hədəfləri vurmadıqlarını düşünürlər. Bizim oğlan və qızlarımız işğalın ilk günü düşmənə öz planlarını həyata keçirməyə imkan vermədilər. Ukraynalılar görünməmiş qəhrəmanlıq nümayiş etdirirlər, ruslar Ukraynanın bərbad vəziyyətdə olduğunu düşünərək hücum edirlər. Amma biz təslim olmuruq! Hava hücumundan müdafiə sistemləri Ukraynanın səmasını mümkün qədər qoruyur, düşmən təyyarələri yaşayış məntəqələri, o cümlədən paytaxtda, Kiyev üzərində görünür. 1941-ci ildə də oxşar hücumu yaşadıq.

Yalnız ukraynalıların həmrəyliyi və qətiyyəti bizə ölkəni müdafiə etməyə kömək edir, silahlı qüvvələr əlindən gələni edir.
Bütün vətəndaşlarımızın maksimum təmkin və qarşılıqlı anlaşma nümayiş etdirmələri çox vacibdir. Vətəndaşları hərbçilərə yemək, paltar və s. kömək etməyə çağırıram. Təsdiqlənmiş, rəsmi məlumatlara inanın, düşməni harada görsəniz məhv edin, hava hücumu zamanı sığınacağa gedin.

Biz öz torpağımızdayıq, həqiqət bizimlədir, bizi sındırmaq, raketlərlə azadlığımızdan məhrum etmək işə yaramayacaq. Rusiya gec-tez bizimlə danışmalı olacaq, döyüşlər bitəcək və bu nə qədər tez baş versə, Rusiyanın özünün itkisi bir o qədər az olacaq.

Bu hücumun məqsədi təzyiqdir. Sizə təzyiq var, əziz vətəndaşlar. Bütün cəmiyyətimizə təzyiq var. Mən vurğulayıram: təkcə hakimiyyətə deyil, bütün ukraynalılara. Dövlətimizi tək biz qoruyuruq. Dünyanın ən güclü qüvvələri uzaqdan seyr edir. Dünənki sanksiyalar Rusiyanı razı sala bildimi? 

Hörmətli Rusiya vətəndaşları, bu gecə Kiyev şəhərinin yaşayış məntəqələrini bombalamağa başlayıblar.

Bu, 1941-ci ili xatırladır. Etiraz etməyə çıxan bütün Rusiya vətəndaşlarına demək istəyirəm ki, biz sizi görürük, siz də bizi eşitdiniz və siz bizə inanmağa başlayırsınız. Bizim üçün vuruşun, müharibəyə qarşı vuruşun!
Hörmətli Ukrayna vətəndaşları! Biz təslim olmuruq. Orduya, Ukraynaya eşq olsun!”, V. Zelenski vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO