Xocalı faciəsinin 30 illiyi ilə bağlı Ümumrespublika yürüşü keçiriləcək - VİDEOREPORTAJ

Xocalı faciəsinin 30 illiyi ilə bağlı Ümumrespublika yürüşü keçiriləcək - VİDEOREPORTAJ

Hazırda oxunan: Xocalı faciəsinin 30 illiyi ilə bağlı Ümumrespublika yürüşü keçiriləcək - VİDEOREPORTAJ

61733

Bəşəriyyətin ən ağır qətliamlarından biri olan Xocalı faciəsinin 30 illiyi ilə bağlı dünyanın bir çox ölkələrində müxtəlif tədbirlərə bir neçə gündür ki, artıq start verilib.

Faciənin 30 illiyi Bakıda xüsusi tədbilərlə qeyd olunacaq. Paytaxtın Xətai rayonu ərazisində ucaldılan Soyıqırımı abidəsinin ətrafında artıq hazırlıq işləri başa çatdırılır.

Hər il oldugu kimi bu ildə Ana fəryadı abidəsini ziyarət edəcək insanların sayının cox olması nəzərə alınaraq abidənin abadlıq işlərinə bir necə həftə öncədən başlanılıb. Ətrafa mövsümü gullər və agaclar əkilib, ərazidə yerləşən işıq dirəkləri, oturacaqlar yenilənib və rənglənib.

Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırima aid, faciənin törədildiyi tarixi ozundə əks etdirən bannerlər vurulub.

Xətai rayon İcra Hakimiyyəti rəsmilərindən aldığımız məlumata görə isə Xocalı qətliamının 30 illiyi bağlı Ümumrespublika yürüşünün keçirilməsi gözlənilir. Yürüşlə əlaqədar yollarda  nişanlar yerləşdirilib.

Xocalı faciəsinin 30 illiyi ölkəmizin digər bölgələrində qeyd olunacaq. Fevralın 26-da bütün Azərbaycan xalqı Xocalı şəhdilərinin xatirəsini bir daha hüzünlə anacaqlar. Amma bu dəfə daha qürurlu və daha məğrur.

Çünki 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad etməklə və bütün şəhidlərimizin qisasını almaqla tarixi yenilməz xalq kimi öz damğamızı vurmuşuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hazırlıq işlərindən hazırladığımız videoreportajı diqqətinizə təqdim edirik:

Şahnaz Əzizqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO