Rusiya desantları Odessaya daxil oldu - Kiyevdə strateji obyektlər atəşə tutulur

Rusiya desantları Odessaya daxil oldu - Kiyevdə strateji obyektlər atəşə tutulur

Hazırda oxunan: Rusiya desantları Odessaya daxil oldu - Kiyevdə strateji obyektlər atəşə tutulur

61589

Rusiyanın işğalı Ukraynanın ən böyük şəhərlərində baş verir, zərbələr qanadlı raketlərlə endirilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı korrespondent.net saytı yayıb.

Mənbə yazır ki, Rusiya Federasiyasının Qara Dəniz Donanması Qara və Azov dənizlərində xüsusi əməliyyat keçirib. Hava-desant dəstəsi Odessaya eniş edib. Bu barədə fevralın 24-də səhər saatlarında “İnterfaks-Ukrayna” məlumat yayıb.

Nəşrin Ukrayna Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Nikolayevdə partlayışlar səbəbindən güclü yanğınlar baş verib. Bu arada Xarkovda raket və artilleriya silahları anbarı məhv edilib.

Daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun PavlovskyNews Telegram kanalında verdiyi məlumata görə, Rusiya işğalı Ukraynanın ən böyük şəhərlərində baş verir, zərbələr qanadlı raketlərlə endirilir.

Kiyevdə strateji obyektlər atəşə tutulur.

Xatırladaq ki, Putin Donbasda xüsusi əməliyyatın başladığını bir az öncə əvvəl elan etmişdi. Az sonra Ukraynanın müxtəlif şəhərlərində partlayışlar baş verib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO