Putin: “Donbasda hərbi əməliyyat keçirmək əmri verdim” - VİDEO

Putin: “Donbasda hərbi əməliyyat keçirmək əmri verdim” - VİDEO

Hazırda oxunan: Putin: “Donbasda hərbi əməliyyat keçirmək əmri verdim” - VİDEO

61584

Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb. 

“Donbass “Xalq Respublikaları” Rusiyaya kömək üçün müraciət edib. Bununla əlaqədar mən xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldim. Onun məqsədi səkkiz il ərzində sui-istifadəyə, soyqırıma məruz qalmış insanları qorumaqdır. Bunun üçün biz Ukraynanı demilitarizasiya və denazifikasiya etməyə, habelə mülki şəxslərə, o cümlədən Rusiya vətəndaşlarına qarşı çoxsaylı qanlı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışacağıq”. Putin televiziya ilə çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya planetin ən güclü nüvə dövlətlərindən biri olaraq qalır, ona görə də heç bir potensial “təcavüzkar” tam məğlub olacağına şübhə etməməlidir.

“Hərbi sahəyə gəlincə, müasir Rusiya SSRİ-nin dağılmasından və nüvə potensialının əhəmiyyətli bir hissəsini itirdikdən sonra belə, bu gün ən güclü nüvə dövlətlərindən biridir. Üstəlik, o, bir sıra ən son silah növlərində müəyyən üstünlüklərə malikdir. Bu baxımdan, Rusiyaya birbaşa hücumun potensial təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə gətirib çıxaracağına heç kim şübhə etməməlidir”.

Putin əlavə edib ki, Rusiya Ukraynanın nüvə silahına malik olmasına icazə verməyəcək.

“Hazırlı durum Rusiyadan qəti addımlar tələb edir”, Putin deyib.

Rusiya Federasiyası prezidenti qeyd edib ki, Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək.

“ABŞ-ın yaratdığı Qərb ölkələrinin bütün bloku yalanlar imperiyasıdır”, - Putin bildirib.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO