Koronavirusdan sonra qaraciyər zədələnməsinin ƏLAMƏTLƏRİ

Koronavirusdan sonra qaraciyər zədələnməsinin ƏLAMƏTLƏRİ

Hazırda oxunan: Koronavirusdan sonra qaraciyər zədələnməsinin ƏLAMƏTLƏRİ

61580

Koronavirus xəstəliyindən sonra qaraciyərin işində pozulmalar müşahidə olunur.

Bizim.Media xəbər verir ki, rusiyalı həkim-qastroenteroloq Olqa Kolokolnikova bu problemin simptomlarını açıqlayıb.

"Koronavirus qaraciyəərə bir neçə formada təsir edir. Bu orqanda virusun çöküb yapışması üçün reseptorlar var. Bu zaman qaraciyər hüceyrələri zədələnir.

Xəstənin çox sayda fərqli dərmanlar qəbul etməsi ilə toksiki təsirdir. 

Qaraciyər koronavirus bitdikdən sonra da bütün bunlarla mübarizə aparır. Qaraciyərdə problemin olduğunu göstərən əlamətlər: ürəkbulanma, köp, ağırlıq və dəri rəngində dəyişiklikdir.

Bu hallar varsa, mütləq terapevt və ya qastroenteroloqa müraciət edin.

Əgər insanın ağzında acı dad, dilində sarı ərp varsa, bu öd yollarının zədələnməsi deməkdir. Hətta ən yüngül koviddə belə qaraciyər təzyiqə məruz qala bilər", - deyə həkim bildirib. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO