Bu gün SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, görüşdə Dünya İqtisadi Forumu ilə mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi genişləndiriləcək - FOTO
Bakıda fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzi ilə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə ediliib.
Görüşdə SOCAR-ın neft-qaz sənayesində zəngin təcrübə və ənənələrə, insan kapitalına malik olması qeyd edilib, mövcud resurslardan Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətində istifadə imkanlarına dair fikir mübadiləsi aparılıb.
Bizim.Media