Kürdəmirdə 4 500 abunəçi qazsız qaldı – Ekskovator zədələyib – VİDEO

Kürdəmirdə 4 500 abunəçi qazsız qaldı – Ekskovator zədələyib – VİDEO

Hazırda oxunan: Kürdəmirdə 4 500 abunəçi qazsız qaldı – Ekskovator zədələyib – VİDEO

61536

Bu gün saat 10:30 radələrində Kürdəmir rayonunun Muğanlı kəndində ekskovator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb.

Zədələnmiş ərazi su olduğundan xətt 1 saatdan artıq müddətdə təzyiq altında qalıb. Uzunluğu 26 km olan xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abunəçisi və 3 sənaye obyektinin qaz təchizatı kəsilib.
Hazırda təmir bərpa işləri həyata keçirilir. Günün sonuna qədər qaz təchizatında yaranan fasilə aradan qaldırılacaq.

Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO