Şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

Şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

Hazırda oxunan: Şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

6153

Qələbəmizin qəhrəmanlarından biri olan şəhid Elvin Şəmsi oğlu Quluzadənin ailəsinin yaşayışı diqqətdə saxlanılır.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan ailə ilə görüşüblər.

Dörd nəfərdən (şəhidin atası, anası və iki qardaşı) ibarət ailədə şəhidin iki qardaşından biri hərbi xidmətdədir. Ailənin digər üzvlərinin işsiz olduqları və istəkləri nəzərə alınaraq, növbədənkənar özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də onlara aktivlər verilib və ailə üçün təsərrüfat yaradılıb.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin təyin olunması işlərinin aparıldığı, şəhid ailələrinin malik olduqları hüquqlar barədə də məlumat verilib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO