Erməni deputat Bakı ilə Moskva arasındakı bəyannamə HAQDA: “Bu, onların suveren hüququdur”

Erməni deputat Bakı ilə Moskva arasındakı bəyannamə HAQDA: “Bu, onların suveren hüququdur”

Hazırda oxunan: Erməni deputat Bakı ilə Moskva arasındakı bəyannamə HAQDA: “Bu, onların suveren hüququdur”

61501

Hər bir ölkənin öz maraqlarına uyğun xarici siyasət aparmaq hüququ var.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiya Federasiyası ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni şərh edərkən deyib.

O, qeyd edib ki, mətn hələ təfərrüatlı şəkildə öyrənilməlidir, bundan sonra İrəvanın bu sazişlə bağlı rəsmi şərhləri gələcək. 

Eyni zamanda, Arşakyanın fikrincə, Ermənistanın strateji maraqlarına uyğun bütün ölkələrin suveren hüquqlarına hörmət etmək lazımdır.
“Hər bir ölkənin öz xarici siyasətini istədiyi kimi inkişaf etdirmək üçün suveren hüququ var. Siz bizə dost olan ölkənin xarici siyasəti ilə bağlı sual verirsiniz, bu, onların suveren hüququdur”, - deyə Arşakyan bildirib.

O xatırladıb ki, Ermənistanla Rusiya arasında strateji müttəfiqlik haqqında saziş bağlanıb və bu, ən yüksək səviyyədə həyata keçirilir:

“Amma demək olmaz ki, müttəfiq ölkənin başqa dövlətlərlə münasibət qurmaq hüququ yoxdur. Ermənistan, Rusiya, İran, Azərbaycan öz maraqlarından çıxış edən suveren dövlətlərdir. Əgər Ermənistanın bu cür proseslərə hansısa yolla təsir göstərə biləcəyini düşünürsünüzsə, məncə, bütün bu hadisələrə qiymət verməyə ehtiyac yoxdur”, - deyə Arşakyan bildirib.

O, bu məsələ ilə bağlı müxalifətin tənqidinə də cavab verib:

“Onlar hakimiyyətdə olarkən ölkənin təhlükəsizlik sistemini, iqtisadiyyatını və  suverenliyini korrupsiya və yalanın “ağuşuna” atıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO