Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası “Qazprom Ermənistan” şirkətinin tarifləri artırmaq üçün müraciətini öyrəndikdən sonra öz hesablamalarını təqdim edib. Dövlət qurumu qaz tarifinin orta hesabla 4,1% artırılmasını təklif edir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azadlıq” radiosunun erməni redaksiyası yayıb.
Mənbə qeyd edir ki, “Qazprom Ermənistan” tarifin təxminən 6% artırılması üçün ərizə verib.
Rusiya şirkəti bir ay əvvəl tənzimləmə komissiyasına aprelin 1-dən 135,6 dram həcmində qazın vahid tarifinin müəyyən edilməsi tələbi ilə müraciət edib. Bu, əhalinin təminatsız təbəqəsi və sahibkarlıq subyektləri üçün kəskin artım hesab edilir.
Dünən Komissiya bu ərizənin öyrənilməsi ilə bağlı bəyanat yayıb və öz təkliflərini verib. Tənzimləyici komissiyanın fikrincə, əhalinin təminatsız təbəqəsi üçün mavi yanacağın tarifi dəyişməz qalmalıdır.
Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən istixana təsərrüfatları üçün komissiya “Qazprom Ermənistan”ın təklif etdiyi tarifdən daha aşağı tarif artımını nəzərdə tutur – təxminən 4,5%. Rusiya şirkəti vahid tarif təklif edib ki, bu halda onlar üçün qazın qiyməti 20%-dən çox artacaq.
“Son aylarda iqtisadçılar, istehlakçıların hüquqlarını qoruyanlar və biznes nümayəndələri qazın qiymətinin qalxmasının Ermənistanda sosial vəziyyəti daha da gərginləşdirə biləcəyinə işarə edirlər. Ermənistan ötən ili son on illə müqayisədə görünməmiş inflyasiya ilə başa vurub: 8%. 2022-ci il kommunal ödənişlərin artması ilə başlayıb. Əvvəlcə suyun, sonra işığın qiyməti qalxdı, iki aydan sonra faktiki olaraq qazın da qiyməti qalxacaq”, - bəyanatda deyilir.
Dövlət Xidmətlərinin Tənzimləməsi Komissiyası mövzuya şərh verməyib. Sabah üçün qazın tarifləri ilə bağlı işçi müzakirəsi çağırılıb. Tariflərlə bağlı yekun qərar düz bir həftə sonra, martın 1-də veriləcək. Yeni tariflərin aprelin 1-dən tətbiqi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Region
11:17 / 23.02.2022
Rusiyanın “Qazprom Ermənistan” şirkəti tarifləri artırır – İrəvanda CİDDİ NARAZILIQ VAR
Hazırda oxunan: Rusiyanın “Qazprom Ermənistan” şirkəti tarifləri artırır – İrəvanda CİDDİ NARAZILIQ VAR
Hazırda oxunan: Rusiyanın “Qazprom Ermənistan” şirkəti tarifləri artırır – İrəvanda CİDDİ NARAZILIQ VAR
61445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.