Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi - 1 İL MÜDDƏTİNƏ...

Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi - 1 İL MÜDDƏTİNƏ...

Hazırda oxunan: Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi - 1 İL MÜDDƏTİNƏ...

61356

Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

"Xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qadına əxlaqsız təkliflər edən sürücü saxlanıldı


O, 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib", - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO