Qara Qarayev \

Qara Qarayev \"İdman ustası\" kimi təltif olunub

Hazırda oxunan: Qara Qarayev \"İdman ustası\" kimi təltif olunub

61326

“Qarabağ” klubunun və Azərbaycan millisinin futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.

Bizim.Media xəbər verir ki, idman dərəcəsinə layiq görülən 29 yaşlı yarımmüdafiəçiyə “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qarayev nazir müavininə öz adı yazılmış formanı hədiyyə edib.

Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva Fransanın “Marsel” komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO