Bu ilin yanvar ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 2,76 milyon manat, icarəyə verilməsindən isə 4,54 milyon manat vəsait daxil olub. Bunlar isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,5% və 97,15% çoxdur.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Ötən ay Dövlət Xidməti 5 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 59 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərraca çıxarılmış dövlət əmlakları üzrə 47 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 16 onlayn qoşulma reallaşıb.
Yanvarda hərrac vasitəsilə 7 faydalı qazıntı yatağı istismara verilib, investisiya müsabiqəsi vasitəsilə isə 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmləri satılıb.
Ötən ay 147 yeni icarə müqaviləsi bağlanılıb. Bu isə 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. İcarə müqavilələrindən 56-sı qeyri-yaşayış, 91-i isə torpaq sahələrinə aid olub. 34 icarə müqaviləsinin müddəti uzadılıb, 27 icarə müqaviləsi ləğv edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:30 / 21.02.2022
Azərbaycanda büdcəyə daxilolmalar 2 dəfə artdı - MƏBLƏĞ
Hazırda oxunan: Azərbaycanda büdcəyə daxilolmalar 2 dəfə artdı - MƏBLƏĞ
Hazırda oxunan: Azərbaycanda büdcəyə daxilolmalar 2 dəfə artdı - MƏBLƏĞ
61167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.