Azərbaycanlı deputatların İrəvana gəlişi Ermənistanı qarışdırdı - VİDEO

Azərbaycanlı deputatların İrəvana gəlişi Ermənistanı qarışdırdı - VİDEO

Hazırda oxunan: Azərbaycanlı deputatların İrəvana gəlişi Ermənistanı qarışdırdı - VİDEO

61132

Xəbər verdiyimiz kimi, azərbaycanlı deputatlar - Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəliblər.

Bunu hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Mariya Karapetyan təsdiq edib.

Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, Milli Məclis üzvlərinin İrəvana gəlişi ölkədə çaxnaşma yaradıb.

Belə ki, 2-ci Qarabağ savaşının iştirakçıları etiraz əlaməti olaraq hava limanına gedən yolu bağlayıblar.

Etirazçılardan biri baş verənləri bütün xalqın problemi adlandırıb:

“Onlar artıq evlərimizə giriblər. Belə davam edərsə, daha ciddi tədbirlər görəcəyik. Gəlin, onlara çay və kofe verək. Ermənistanın varlığı türklərin veclərinə deyil. Biz türklərlə dostluq etmək istəmirik. Bunu istəyən hər kəs murdardır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO