Donbas sutka ərzində 80 dəfə atəşə tutulub - Bir ukraynalı əsgər yaralanıb, separatçı məhv edilib

Donbas sutka ərzində 80 dəfə atəşə tutulub - Bir ukraynalı əsgər yaralanıb, separatçı məhv edilib

Hazırda oxunan: Donbas sutka ərzində 80 dəfə atəşə tutulub - Bir ukraynalı əsgər yaralanıb, separatçı məhv edilib

61083

Ötən sutka ərzində, fevralın 20-də separatçılar Donbasda atəşkəs rejimini 80 dəfə pozub. Atışma nəticəsində bir ukraynalı əsgər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin baş qərargahından məlumat verilib.

Atışma nəticəsində bir hərbçi orta ağırlıqda qəlpə yaraları alıb və xəstəxanadadır. Sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Fevralın 21-i səhər saatlarına olan məlumata görə, separatçılar “sükutu” 8 dəfə pozaraq silahlarla atəş açıblar.

Əməliyyatlar nəticəsində Birləşmiş Qüvvələrin hərbi qulluqçuları arasında itki yoxdur. Birləşmiş Qüvvələr vəziyyətə nəzarət edir və potensial düşmən təhdidlərinə adekvat cavab verir.

Fevralın 20-də gün ərzində bir separatçı həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO