Putin Ukraynaya görə Makronla razılığa gəldi – TƏFƏRRÜAT

Putin Ukraynaya görə Makronla razılığa gəldi – TƏFƏRRÜAT

Hazırda oxunan: Putin Ukraynaya görə Makronla razılığa gəldi – TƏFƏRRÜAT

61052

Bazar günü telefon danışıqları zamanı Rusiya və Fransa prezidentləri Vladimir PutinEmmanuel Makron yaxın saatlarda Ukrayna üzrə Üçtərəfli Təmas Qrupunun görüşünü təşkil etmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu haqda Yelisey Sarayının bəyanatında deyilir.

Görüş bütün maraqlı tərəflərin təmas xəttində “atəşkəs rejiminə sadiqliyini bir daha təsdiqləməsi” üçün zəruridir. Reuters agentliyi adının açıqlanmasını istəməyən Fransa prezidentinin məsləhətçisinə istinadən bildirib ki, qrupun toplantısı bazar ertəsi gününə planlaşdırılıb.

Bundan əlavə, Rusiya və Fransa prezidentləri “son günlərdə Ukraynanın verdiyi təkliflər əsasında Normandiya formatında işi bərpa etmək barədə razılığa gəliblər.

Tərəflər, həmçinin Ukraynanın şərqindəki mövcud böhranın diplomatik yolla həllini axtarmağın zəruriliyi ilə bağlı da razılıq əldə ediblər.

“Bunun üçün yaxın günlərdə və həftələrdə intensiv diplomatik iş aparılacaq. Xarici işlər naziri Jan-İv Le Drian həmkarı Lavrovla görüşəcək. Parisdə bir sıra məsləhətləşmələr keçiriləcək”, - məlumatda deyilir.

Parisdən verilən informasiyaya görə, Putin və Makron arasında söhbət 1 saat 45 dəqiqə davam edib. 

Makron Putinlə söhbətindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.

Bu söhbətin nəticəsi olaraq Zelenski Twitter hesabında yazıb ki, o, Fransa prezidentinə mövcud vəziyyət və “yeni təxribat xarakterli atəş” barədə məlumat verib. Yelisey sarayı da öz növbəsində bildirib ki, Makronla söhbətində Ukrayna prezidenti “təxribatlara cavab verməmək və atəşkəs rejiminə riayət etmək əzmində olduğunu təsdiqləyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO