İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

Hazırda oxunan: İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

61026

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

Bizim.Media xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Onunla eyni çəkidə yer alan Pənah Abdullayev və 67 kq-da Tural Ağalarzadə, həmçinin kata növündə Roman Heydərov 3-cü yer uğrunda qarşılaşmada uduzaraq, medal şanslarını əldən veriblər.

Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO