Türkiyədə “Çanaqqala 1915” körpüsünün açılış mərasimi təxirə salındı

Türkiyədə “Çanaqqala 1915” körpüsünün açılış mərasimi təxirə salındı

Hazırda oxunan: Türkiyədə “Çanaqqala 1915” körpüsünün açılış mərasimi təxirə salındı

61010

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Çanaqqala 1915” asma körpüsünün Çanaqqala boğazı üzərindən açılışının martın 18-də baş tutacağını bildirib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan xatırladıb ki, körpünün tikintisi vaxtından il yarım əvvəl başa çatıb, açılışı fevralın 26-na planlaşdırılıb:

“Bununla belə, körpünün açılış tarixi vətəndaşların xahişi ilə martın 18-nə təxirə salınıb və Çanaqqala Zəfərinin ildönümünün qeyd olunduğu gündə baş tutacaq”.

Anadolu agentliyi Türkiyə prezidentinin "Twitter" hesabına istinadən yazıb.

Çanaqqala körpüsünün 87 aşırımlı hissəsinin hər birinin çəkisi 700 tondur: eni 45 metr və uzunluğu 48 metrdir. 2017-ci il martın 18-dən tikintisi davam etdirilən yeni körpü dünyanın ən uzun mərkəzi aşırımına malikdir - 2023 metr. 

Agentlik qeyd edir ki, bu rəqəm təsadüfi deyil, Türkiyənin dünyanın ilk on iqtisadi gücü sırasına daxil edilməsinə yönəlmiş “Türkiyənin İnkişaf Layihəsi 2023”ü xatırladır.

Çanaqqala boğazı üzərində altı zolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu 4608 metrə çatır. Körpü sayəsində Çanaqqala boğazından keçən səyahət müddəti 6 dəqiqəyə enəcək.

Körpünün istifadəyə verilməsi üçün 2022-ci il martın 18-i təsadüfi seçilməyib. 1915-ci ilin bu günü Çanaqqala döyüşündə türk artilleriyası İstanbula keçməyə çalışan İngiltərə-Fransız birləşmiş donanmasını nəhayət məğlub edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO