Putin və Lukaşenko nüvə silahlarının sınaq təlimlərinə qatıldı

Putin və Lukaşenko nüvə silahlarının sınaq təlimlərinə qatıldı

Hazırda oxunan: Putin və Lukaşenko nüvə silahlarının sınaq təlimlərinə qatıldı

60900

Putin ballistik raket atışları ilə strateji çəkindirmə qüvvələrinin təlimlərinə başlayıb.

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki,  Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə vəziyyət mərkəzindən ballistik raketlərin buraxılışını izləyir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı nüvə başlıqlı ballistik raketlərlərin manevrləri nəzərdə tutulub.

Təlimlərdə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsinin, Strateji Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmalarının qüvvə və vasitələri iştirak edir.

Nazirlikdən bildirilib ki, hərbi komandanlıq və idarəetmə orqanlarının, buraxılış-döyüş heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların ekipajlarının qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırlığının, eləcə də etibarlılığının yoxlanılması məqsədilə təlimlər təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO