Azərbaycanda sığorta yığımları tarixi maksimuma çatdı

Azərbaycanda sığorta yığımları tarixi maksimuma çatdı

Hazırda oxunan: Azərbaycanda sığorta yığımları tarixi maksimuma çatdı

60894

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 118,233 mln. manat sığorta haqqı toplanıb və 16,623 mln. manat həcmində ödəniş həyata keçirilib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu göstəricilər illik müqayisədə müvafiq olaraq 13,7% artıb və 3,4 dəfə azalıb.

Yanvar ayında yığımların səviyyəsi tarixi maksimum yeniləyib. Sonuncu dəfə yığımlar üzrə tarixi maksimum 2020-ci ilin eyni ayında qeydə alınıb – 112,026 mln. manat. 

Sığorta ödənişlərinə gəldikdə, yanvarda müştərilərə ödənişlərin həcmi 34 aylıq minimuma enib. Sonuncu dəfə bundan aşağı aylıq göstərici 2019-cu ilin mart ayında qeydə alınıb – 13,118 mln. manat.

Yanvar ayında ölkənin sığorta sektorunda zərərlilik nisbəti 14,1% təşkil edib ki, bu da statistikanın əlçatan olduğu dövr çərçivəsində (2016-2022-ci illər) qeydə alınan ən aşağı nisbətdir. Sonuncu dəfə buna yaxın göstərici 2018-ci ilin aprel ayında olub – 16,8%. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO