Rusiya-Ukrayna sərhədində mərmi partlayışı – GƏRGİNLİK ARTIR  

Rusiya-Ukrayna sərhədində mərmi partlayışı – GƏRGİNLİK ARTIR  

Hazırda oxunan: Rusiya-Ukrayna sərhədində mərmi partlayışı – GƏRGİNLİK ARTIR  

60876

Rostov vilayətinin Tarasovski rayonu ərazisində partlayış baş verib.

Bizim.Media “Ria Novosti”yə  istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbədən informasiya verilib.

İlkin məlumatlara görə, hadisə yerində mərmi partlayıb. Hadisə Ukrayna ilə sərhədin təxminən bir kilometrliyində baş verib.

"Partlayış səhər saat 4:00-da, Mityakinskaya kəndindəki təsərrüfatlardan birindən 300 metr aralıda baş verib", - deyə mənbə bildirib.

O əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Tələfat və dağıntı olmayıb.

Qeyd edək ki, mümkün müharibə təhlükəsi ilə əlaqədar Donetsk və Luqansk əhalisinin Rusiyaya, xüsusilə də Rostov vilayətinə kütləvi təxliyyəsinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO