Azərbaycan Premyer Liqasında 2 OYUN 

Azərbaycan Premyer Liqasında 2 OYUN 

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında 2 OYUN 

60847

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. 

Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyni adlı komandası "Səbail"i qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi matç saat 15:00-da başlayacaq. Hazırda əyalət komandası 26 xalla 3-cü, paytaxt klubu 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. 

Digər matçda son çempion "Neftçi" "Keşlə" ilə üz-üzə gələcək. Saat 17:15-da başlayacaq matçı Fərid Hacıyev idarə edəcək.

15 turdan sonra "ağ-qaralar" 22 xalla 4-cü, qonaqlar 14 xalla 6-cı sıradadır.  

Qeyd edək ki, XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO