“Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam” – İlham Əliyev 

“Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam” – İlham Əliyev 

Hazırda oxunan: “Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam” – İlham Əliyev 

60718

"Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam, həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident yeni icra başçılarını videoformatda qəbul edib


"Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq.

Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik. Ancaq indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün bölgələrdə fəal olmalıdırlar.

Bu fəallığı dövlət təmin edir. Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır.

Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır", - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO