Bu gün təyin olunan icra başçıları kimlərdir? – DOSYE 

Bu gün təyin olunan icra başçıları kimlərdir? – DOSYE 

Hazırda oxunan: Bu gün təyin olunan icra başçıları kimlərdir? – DOSYE 

60708

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 18 fevral tarixli sərəncamları ilə 3 rayona yeni icra başçıları təyin olunub.

Bizim.Media yeni icra başçılarının dosyelərini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Nərimanov rayonuna yeni icra başçısı təyin olundu - Prezidentdən SƏRƏNCAM


1. Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

C.Cəbrayılov 2018-ci il sentyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəlki icra başçısı Arif Adil oğlu Qasımov 2020-ci il iyulun 11-də Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

2. Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Elgin Şirin oğlu Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.

Elgin Həbibullayev 2018-ci il sentyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, daha əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Abdin Fərzəliyev icra edib. Abdin Fərzəliyev 2022-ci il yanvarın 19-da Abşeron Rayon İcra hakimi təyin olunub.

3. Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Elxan Oqtay oğlu İbrahimov 2020-ci il aprelin 13-də Şamaxı Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib. 
 

Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. 


E.İbrahimov əvvəllər ölkəmizdə bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO