Yasamalda yeni güzəştli mənzillər satışa çıxarılır - BU TARİXDƏ

Yasamalda yeni güzəştli mənzillər satışa çıxarılır - BU TARİXDƏ

Hazırda oxunan: Yasamalda yeni güzəştli mənzillər satışa çıxarılır - BU TARİXDƏ

60681

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsi üzrə mənzilləri satışa çıxarıb. 

Bizim.Media MİDA-ya istinadən xəbər verir ki, söhbət 4 saylı bina üzrə 64, 6 saylı bina üzrə 44, 18 saylı bina üzrə 44, 21 saylı bina üzrə 44, 22 saylı bina üzrə 39, 23 saylı bina üzrə 39, 24 saylı bina üzrə 24, 25 saylı bina üzrə 72 və 26 saylı bina üzrə 72 mənzildən (ümumilikdə 442 mənzil) gedir. 

Satış 30 mart saat 11:00-da başlayacaq, 8 aprel saat 11:00-a qədər davam edəcək. “Mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında seçim 4 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 8 aprel 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək. 

Prezidentin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. 

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür. 
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.  

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO