Özünü DSMF-nin sürücüsü kimi təqdim etdi - 3 nəfəri aldatdı

Özünü DSMF-nin sürücüsü kimi təqdim etdi - 3 nəfəri aldatdı

Hazırda oxunan: Özünü DSMF-nin sürücüsü kimi təqdim etdi - 3 nəfəri aldatdı

60621

Bakıda 3 nəfərə qarşı dələduzluq edilib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Tural Quliyev vətəndaşlar - Habil Nəsirov, Rza Quliyev və Səbuhi İsmayılova özünü Dövlət Sosial Müdafiə Fondunun sürücüsü kimi təqdim edib.

O, etibarını qazandığı şəxsləri müxtəlif dövlət qurumlarında sürücü vəzifəsinə düzəldəcəyini deyərək hərəsindən ayrı-ayrılıqda 3 min manat olmaqla, ümumilikdə 9 min manat pul alıb.

Daha sonra o, vədinə əməl etməyib.

Hadisə ilə bağlı hər üç şəxs Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. T.Quliyev saxlanılıb və vətəndaşlara vurduğu maddi ziyan ödətdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO