Xalq artistimizdən rus filmi ilə bağlı AÇIQLAMA: “Suyu da üfürə-üfürə içir...” -”

Xalq artistimizdən rus filmi ilə bağlı AÇIQLAMA: “Suyu da üfürə-üfürə içir...” -”

Hazırda oxunan: Xalq artistimizdən rus filmi ilə bağlı AÇIQLAMA: “Suyu da üfürə-üfürə içir...” -”

60605

Rusiyanın Birinci Kanalında Azərbaycanın məşhur aktyorlarının iştirakı ilə "Yeniçəri" adlı irimiqyaslı tarixi serialın premyerası keçiriləcək. Filmdə rol alan məşhur aktyorlarımızdan biri də Azərbaycanın Xalq artisti Pərviz Məmmədrzayevdir. 

Pərviz Məmmədrzayev Bizim.Media-ya film haqqında təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, ilk başlarda pandemiyaya görə filmin çəkilişlərində çətinliklər yaranıb:

“Yeniçəri" çoxseriyalı film 2019-cu ildə çəkilib. Postprodakşn dövrü pandemiya zamanına təsadüf etdi deyə, bir sıra çətinliklər təbii ki, olub. Ona görə də filmin tamaşaçılara təqdim olunması bir qədər uzun çəkdi. Film çox böyük profesionallıqla çəkilirdi. İş elə qurulmuşdu ki, texniki və yaradıcı heyətin hamısı dəqiq mexanizmlə işləyirdilər”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı aktyorlar Rusiyanın tarixi serialında rol aldılar - VİDEO 


Xalq artisti serialda digər azərbaycanlı aktyorlarımızın da rol aldığını qeyd edərək canlandırdıqları obrazları haqda məlumat verib:

“Azərbaycandan çəkilən tək aktyor mən deyildim. Aktyor Kamran Ağabalayev də əsas rollardan birinə çəkilirdi. Bizim kaskadyorlarımız Sain Fərmanlı və Tural Xəlili də filmdə yer alıblar. Mən Trabzon Valisi rolunda çəkilirdim.

Canlandırdığım obraz keçmiş döyüşçü, indi isə vəzifəsini itirməkdən qorxan, başının sakitliyini istəyən, suyu da üfürə-üfürə içən, hətta iki qüvvə arasında qalanda ailəsini də götürüb malikanəsindən çıxıb gedən bir insandır. Əminəm ki, serial tamaşaçıların böyük marağına səbəb olacaq”.

Qeyd edək ki, serialın treyleri artıq Birinci Kanalın rəsmi saytında yerləşdirilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO